среда, 3 марта 2010 г.
Başlayan Beatboxer lər üçün yeni RİTM
пятница, 19 февраля 2010 г.
Kağız üzərində "Graffiti"
Bügün biraz mövzudan kənar çıxacayıq.Mən bilirəm ki,hər bir Beatbox-la məşğul olan insan yəqinki "graffiti"-dən xoşu gəlir.Bu gün kağız üzərində necə "graffiti" çəkməyi öyrənəcəyik.İlk növbədə kagız,sadə qələm,bir neçə rəngli marker(flamaster)və pozan götürməlisiniz.Məsləhət görürəm ki,birinci sadə qələmlə sonra isə markerlə üstündən çəksiniz.Necə çəkiləcəyini isə aşağıdakı videoya baxmaqla öyrənmək olar.
Sizdə alınmır?Əl qabiliyətiniz yoxdu?Onda mən sizə "graffiti"-ni Kompyuterdə çəkməyi məsləhət görürəm.Əgər siz "paint"- də işləyə bilirsinizsə,yəqinki bunu bacaracağsınız.
Əgər sizdə buda alınmırsa ya bu işdən əlçəkin yada allah köməyiniz olsun!!!
вторник, 9 февраля 2010 г.
Beatbox-a başlanğıc "Hip-Hop beat"
Salam mənim oxuyucularım.Bu məqalə obirilərdən menim fikrimcə maraqlı keçəcək.İndi biz "Hip-Hop beat"-i öyrənəcəyik.Bu 3 səsdən ibarətdir:Classik kick drumçclassic snare drum və hi-hat."Hip-Hop beat"-i öyrənməkçün aşağıdakı videoya baxın.
Beatbox-un əsasları "hi-hat"
Salam beatboxerlər.Yəqinki mənim sizə beatbox-a başlamağa köməyim olub.Bu məqalədə mən sizə axrıncı sadə səsi "Hi-hat" səsini öyrədəcəm.
"Hi-hat" səsini yaratmaq üçün siz "TS" hərflərini deməlisiniz.Sonra siz dilinizi damağınıza sıxıb,havani çölə çıxarakən tez və qısa bir şəkildə "ts"hərflərini deməlisiniz.Mənim zənnimcə bu çox sadədir və ümidvaram ki,sizdə alınacaq.
понедельник, 8 февраля 2010 г.
Beatbox-un əsaları "Classic snare drum"
Salam əziz beatboxerlər.Mən bu gün sizə "Classic snare drum" səsini öyrədəcəm.Hazırsınızsa başlayaq!!!
"Classic snare drum" səsi "PF" həriflərini deməklə bu səsi çıxarmaq mümkündür.Sadəcə olaraq,"P" hərfini deməmişdən əvvəl dodaqları içəri doğru sıxmaq lazımdır.Sonra isə hər şey "classic kick drum" səsindəki kimi başlamalıdır.Sadəcə olaraq axırda "f" hərfini demək lazımdır.Yoxlayın əgər siz "classic kick drum" səsini bacarırsınızsa "Classic snare drum" sizin üçün çox asand olacaq.
BeatBox-un əsasları "Classic kick drum"
Salam əziz beatboxerlər!Bu gün mənim sizə birinci dərsimdə demək istəyirəmki,beatbox-la musiqi alətlərinin,elektron alətlərin hətta gündəlik həyatda eşitdiyimiz səsləri çıxartmaq olar.Hər şey üç sadə səsdən başlayır;classic kick drum, classic snare drum və hi-hat.Bu gün biz classic kick drum səsini öyrənəcəyik.Bu səs baraban səsinə oxşayır.Bu səsi yaratmaq üçün "B" hərifini demək kifayətdir.Sadəcə olaraq "B" hərifini deməmişdən əvvəl,dodaqları içəri doğru sıxmaq lazımdır.Sonra isə havanı tez və qısa bir şəkildə çölə çıxarmaq,dodaqları isə sıxaraq U şəklinə salmaq lazımdır.Sizdə alınmır?Bir azda cəht göstərin hər şey alınacaq.Aşağıdakı videoda siz hər şeyi aydın başa düşəcəksinizş
воскресенье, 7 февраля 2010 г.
Beatbox-un inkişafı

Ən birinci Beatbox Amerika kucələrində yaranıb.Amerikanın hər bir məhləsində bunu bacaran var idi və necəki indi oğlanlar arasında mubahisə düşür ondada mubahisə deyişmə yolu ilə həll olurdu.Onlarin mubahisəsi get-gedə repə cevrilirdi ve bütün mubahisələr beatbox-un və Repin koməyi ilə qurtarirdi.
Daha sonrlar Beatbox bəzi musiqilərin bir hissəsində yer alirdi.İndi isə beatbox ayrica musiqi növü olub.Sonra beatbox zaman keçdikcə başqa olkələrə, birinci avropa sonra isə asiya ölkələrinə yayıldı.Indi sira gəlib catib AZƏRBAYCANA.Mən demirəm ki,bizdə heç kim bunu bacarmır,bəlkədə bacaranların sayı coxdur. Ancaq onu bilirəmki,biz o biri ölkələrin bacardığı kimi bilmirik.Mən özüm beatbox-la bir ildi məşğul oluram.İndi isə sizin sıranızdı,başlamaq istəyirsinizsə gələn məqalələrdə mən sizə kömək edəcəm.

